Hər ilin 21 sentyabr tarixi dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir. Bu müsasibətlə Azərbaycan Milli Konservatoriyasında da sülh və insan hüquqları ilə bağlı tədbir keçirildi. Əhalinin hüquq və düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə keçirilən maariflənmə tədbirində AMK professor, müəllim və tələbə heyəti iştirak etdi. Tədbirdə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Konservatoriyanın elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova, İctimai elmlər kafedrasının müdiri Firudin Qurbansoy çıxış edərək müharibələrin zərərindən, insanların həyatına bağışladığı təsirindən söz açaraq hər bir addımın sülh vasitəsilə olması və hər bir uğura sülh, əmin-amanlıqla nail olmağın vacibliyindən söz açdılar.