Azərbaycan Milli Konservatoriyasının tələbələri Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” II ümumrespublika bilir yarışında iştirak ediblər. Azərbaycan Milli Konservatoriyasının komandası 46 ali məktəb arasında 16-cı yeri qazanıb.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında əsas məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, irsinin öyrənilməsi və təbliğidir.
Ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsində təhsil alan tələbələrin qatıldığı yarışda hər ali məktəbdən bir komanda iştirak edib. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı təmsil olunub. 3 turdan ibarət yarışın hər mərhələsində 12 sual səsləndirilib. Suallar Heydər Əliyevin uşaqlıq və gənclik illəri, Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyəti,Heydər Əliyevin fəaliyyətinin Moskva, Naxçıvan dövrləri, Müstəqil Azərbaycanın neft strategiyası, Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri, Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti kimi xarici ölkələrə səfərləri, nitqlərivə s. mövzuları əhatə edib. Vurğulayaq ki, yarış ərəfəsin tələbələrin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə ziyarəti də təşkil olunub. Tələbələr muzeydə Heydər Əliyevin fəaliyyəti ilə bağlı foto, video, eləcə də arxiv sənədlər əsasında zəngin məlumat əldə ediblər. Yarışda AMK-nın komandasının tərkibində Əhmədov Məbud, Əliyeva Pərvanə, Cəfərov Urfan, Babayev Mahir, Xaxızadə Pərvanə və magistrlar Əsgərova Leyla və Məmmədli Fərdin iştirak edib.
Onu da qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda I ümumrespublika bilik yarışında (12 noyabr, 2014-cü il) Azərbaycan Milli Konservatoriyasının komandası 44 ali məktəb arasında 16-cu yeri tutmuşdur.