Mayın 22-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq çalğı alətləri kafedrasının müəllimləri, professor, Əməkdar artist İlham Nəcəfov və baş müəllim Natavan Həsənovanın sinif konserti keçirilib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyyəti və tələbələr iştirak ediblər.

 

Tələbələrin ifasında (Balaban və qanun musiqi aləti) Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.  AMK-nın baş müəllimi Svetlana Əhmədova tələbələri fortepianoda müşaiət edib.