Martın 15-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Bahar nəfəsli səslər” adlı tədbir keçirilib.

 

AMK-nın böyük zalında baş tutan tədbirdə Milli vokal kafedrasının müəllimi, Əməkdar artist Zenfira İsmayılovanın bədii rəhbərliyi ilə konsert proqramı təqdim olunub. Z. İsmayılova tələbələri ilə birgə çıxış edib. Tələbələrin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Qeyd edək ki, bu, Z. İsmayılovanın cari təhsil ilində təqdim etdiyi ikinci konsertdir. Bundan öncə – dekabrın 27-də Əməkdar artistin “Arzu” adlı solo konserti keçirilmişdi.