Fevralın 26-da Azərbaycan Milli Konservatoriyası (AMK) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə konservatoriyanın “Böük zal”-da Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə AMK-nın rektoru, xalq artsiti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq soyqırımın dəhşətlərini özündə əks etdirən videoçarxa baxıblar. Təqdim olunan video görüntülərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlar səsləndirilib.
AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova tədbirdə çıxış edərək, hadisənin xalqın böyük faciəsi, tariximizin ən ağrılı səhifələrindən biri olduğunu dilə gətirib. Professor bldirib ki, bir xalq kimi daim mənfi qonşulara qarşı mübarizəyə hazır olmalıyıq.
Professor L.Hüseynovanın çıxışının ardından anım mərasimi musiqi proqramı ilə davam etdirilib.