Mayın 22-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq çalğı alətləri orkestrinin konserti keçirilib. AMK-nın tələbələrindən ibarət orkestrin konserti konservatoriyanın böyük zalında baş tutub.

 

Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, dəvət olunmuş qonaqlar, həmçinin konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Dirijor Aysel Bağırovanın rəhbərliyi ilə orkestrin ifasında Azərbaycan bəstəkarlarının əsərləri və Avropa musiqisindən bir neçə nümunələr səslənib. Orkestr ilə bərabər təqdim olunan vokal və instrumental solo çıxışlar dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Konsertdə çıxış edən rektor, Xalq artisti Siyavuş Kərimi, orkestrin bədii rəhbəri Aysel Bağırovanı və ümumilikdə bütün kollektivi təbrik edib, onlara uğurlar arzulayıb. Rektor, konserti böyük zəhmət və dəyərli iş olaraq qiymətləndirib. Bildirib ki, AMK-nın tərkibində fəaliyyət göstərən xor və orkestr kollektivləri ali məktəbin simasıdır və belə bir ağır yükü öz çiyinlərinə alan müəllim və tələbələrimiz bu işin öhdəsindən necə məharətlə gəldiklərini nümayiş etdirdilər.

 

Rektor, Xalq artisti Siyavuş Kəriminin çıxışının ardından konsert başa çatıb.