Mayın 15-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Xalq çalğı alətləri” kafedrasının müəllimləri, Dosent, Əməkdar müəllim Yusif Vəliyev və Baş müəllim, Əməkdar artist Çinarə Heydərovanın sinif konserti keçirilib.

 

Tədbirdə AMK-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Malik Quliyev, konservatoriyanın müəllim-tələbə heyyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Konsert AMK-nın Bakı zalında baş tutub. Tələbələrin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib. Konsertdə həmçinin, Əməkdar artist Çinarə Heydərovanın tələbələri ilə birgə çıxışı da yer alıb. Təqdim olunan ifalar böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, konsertin bəddi rəhbəri, Xalq çalğı alətləri kafedrasının müdiri, professor Ramiz Əzizovdur.