22 may Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Qırğızıstan Milli Konservatoriyasının otuz illiyi münasibəti ilə Qırğızıstan Respublikasına səfər edib və bu münasibətlə təşkil olunmuş tədbirdə,Rektorlar forumunda iştirak edib. Öz çıxışında Xalq artisti Siyavuş Kərimi Qırğızıstan Milli Konservatoriyasının rektoru, Qırğızıstan Respublikasının xalq artisti Muratbek Beqaliyevı təbrik edərək, ona Azərbaycan Milli Konservatoriyasının elmi şura üzvlərinin qərarı ilə AMK-nın fəxri professoru adına layiq görülməsini bildirib, ona sənəd təqdim edib və eyni zamanda AMK-nın fəxri medalını təltif etmişdir. Qeyd etməliyik ki, bir müddət əvvəl Muratbek Beqaliyev Bakıda səfərdə olmuş, AMK-da qonaq olarkən, universitetlər arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalamışdır. Əminik ki,
hər iki təhsil ocağının dostluğu və qarşılıqlı mübadiləsi daha gözəl addımlara vəsilə olacaqdır.