Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli tərəfindən Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri, Şərəf və Şöhrət ordenli, Xalq artisti Mənsum İbrahimova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Fəxri diplom” təqdim edilib.
Ustad sənətkar Mənsum İbrahimovun milli musiqimizin təhsili və beynəlxalq müstəvidə təbliği sahəsindəki xidmətlərini yüksək dəyərləndirir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təltif olunması münasibətilə təbrik edir, yaradıcılıq yolunda yeni zirvələr arzulayırıq.



