Xəzər TV-də Əhsən Dadaşovun 100 illiyinə həsr olunmuş ” Əhsən ” adlı Xalq Çalğı Alətləri televiziya müsabiqəsi artıq start götürüb. Tv Müsabiqə, Azərbaycanın zəngin mədəniyyətini təmsil edən xalq çalğı alətləri üzrə ustadların və gənc ifaçıların bacarıqlarını nümayiş etdirdiyi bir platforma rolunu oynayır. Müsabiqənin mükəmməl təşkilatçılığına Azərbaycan Milli Konservatoriyasının sənətkar müəllimləri və tələbələri də öz töhfələrini verirlər. Bu tədbirdə, Xalq Artisti, AMK-nın rektoru Siyavuş Kərimi, Muğam (xanəndə) kafedrasının müdiri, Xalq Artistləri: Mənsum İbrahimov,Nəzakət Teymurova,Şəfiqə Eyvazova, Elşən Mansurov və gənc ,istedadlı Kamança ustası Mehri Əsədullayeva,Əməkdar Artist Toğrul Əsədullayev və digər sənətkar müəllimlər iştirak edirlər.Müsabiqə hələ də davam edir və daha çox maraqlı çıxışlar, təcrübəli sənətkarların qiymətləndirmələri ilə zənginləşəcək. Sənətsevərlər üçün əsl mədəniyyət bayramı olan bu müsabiqəni izləməyi unutmayın!