17-19 iyul Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi , Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vagif Poeziya Günləri keçirilib.
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Azərbaycan Milli Konservatoriyasının “Populyar musiqi və caz” kafedrasınin müdiri , Əməkdar artist , Prezident təqaüdçüsü , çox istedadlı Emil Əfrasiyabın “Etnocaz konserti” keçirilib. Onu Əməkdar artist İsgəndər Ələsgərov (zərb alətləri) və Elvin Nəbiyev (bas gitara) müşayiət ediblər.
Konsertdən əvvəl tamaşaçıları salamlayan Emil Əfrasiyab Şuşada keçirilən Vaqif Poeziya Günlərinin tarixi əhəmiyyətindən söz açıb.
O, ilk dəfə Şuşada təşkil olunan etnocaz konsertinin hər bir dinləyicinin yaddaşında uzun zaman qalacağını söyləyib .Proqramda “İki dünya”, “Əlavə iz”, “And I love her”, “Aziza”, “Rainy Day”, “Ataya məktub”, “Fantaziya”, “Prayer”, “Nueva” əsərləri ifa olunub. Konsertdə Mədəniyyət naziri Adil Kərimli başda olmaqla nazirliyin nümayəndələri, Yazıçılar Birliyinin nümayəndələri, Bakıdan Poeziya Günlərinə gəlmiş yazıçılar və ən sevindiricisi Şusa sakinleri iştirak edib. Konsert yüksək tamaşaçı sevgisi ilə muşahidə olunub. Əmekdar artist Emil Əfrasiyabın “Ataya məktub” əsəri və onun unikal ifasi tamaşaçıları ayaqüstə alqışlamağa sövq edib.
AMK sənət və sənətkarlar məbədidir. Emil Əfrasiyab musiqi sahəsində nadir incidir . Qürur duyuruq.