Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan milli musiqi təhsilinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə, Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş musiqişünaslıq və bəstəkarlıq üzrə Respublika müsabiqələrinin qalibləri müəyyənləşdirilib.

Musiqişünaslıq üzrə (musiqi tarixi və nəzəriyyəsi) 10 iştirakçının qatıldığı müsabiqədə qaliblər sırasında Azərbaycan Milli Konservatoriyasını təmsil edən iştirakçılar Etnomusiqişünaslıq kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə I yerə, Elm, yaradıcılıq və beynəlxalq əlaqələr departamentinin elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova III yerə layiq görülüb.

Bəstəkarlıq (orkestr və xor əsərləri) üzrə 21 bəstəkarın iştirak etdiyi müsabiqədə Dirijorluq kafedrasının professoru, Əməkdar incəsənət xadimi, Məmmədağa Umudov III yerin qalibi olub.

Müsabiqədə iştirak edən AMK-nın Dirijorluq kafedrasının bəstəkarlıq üzrə I kurs magistr tələbəsi Lalə Əhmədova (müəllimə bəstəkar Pikə Axundova) həvəsləndirici diplomla təltif olunub.

Azərbaycan Milli Konservatoriyasının kollektivi adından müsabiqədə fərqlənmiş əməkdaşlarımızı və tələbəmizi təbrik edirik.