Dekabrın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz qoyduğunu bildirib. Rektor milli musiqimizə bağlı olan ulu öndərin mədəniyyətimizin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb, anım mərasimində ümummilli liderin sevdiyi mahnıların səsləndiriləcəyini qeyd edib.
Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi tədbirdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri və xalq mahnıları səslənib.