Dekabrın 19-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında “Ümumi fortepiano” kafedrasının konserti keçirilib. Konsert AMK-nın yaranmasının 20 illik yubileyinə həsr olunub.

 

Kafedra tərəfindən təqdim olunan konsertdə baş müəllim Mahirə Quliyevanın bədii rəhbərliyi ilə “Xalq çalğı alətləri”, “Musiqi müəllimliyi” və “Milli vokal” ixtisası üzrə təhsil alan tələbələrin birgə çıxışları yer alıb.

 

“Ümumi fortepiano” kafedrasının müdiri, dosent Firuz Abdinzadə tədbirdə çıxış edib. O konsertin ərsəyə gəlməsində M. Quliyevanın zəhmətinin böyük olduğunu bildirib. Daha sonra konsert başlayıb. Tələbələrin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.

 

Sonda rektor, Xalq artisti Siyavuş Kərimi çxıış edərək bütün tələbə heyyətini, müəllim M. Quliyevanı təbrik edib və konsert iştirakçıları arasında olduqca böyük istedada sahib tələbələrin olduğunu söyləyib.