22 iyun Baku Marriott Hotel Boulevard-da təşkil olunan “Türk Dünyası Təhsil Festivalı” çərçivəsində keçirilən Təhsil sərgisində Azərbaycan Milli Konservatoriyası da təmsil olunub.
AMK -nı Təhsil sərgisində Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Aygül Əhmədova, Etnomusiqişünaslıq kafedrasının müəllimi Aysel Səfixanova təmsil edib.
Sərgidə AMK-nın təhsil sistemi barədə, qəbul haqqında maraqlanan xarici vətəndaşlara, abuturiyentlərə, valideynlərə, məktəblilərə məlumat verilib.
Milli mədəniyyətimizin yüksək səviyyədə təbliğatı ilə məşğul olan, milli çalarlarda musiqi təhsili almaq istəyən hər kəslə maraqlı fikir mübadiləsi aparılıb. Sevinclə və qürur hissi ilə qeyd etməliyik ki ,stentimiz iştirakçılar içində böyük marağa səbəb olub.