Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri – Rövşanə Yaqub qızı Kərimova

 

 

 

Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi

Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi Azərbaycan Milli Konservatoriyasının Elmi Şurasının 28 sentyabr 2021-ci il tarixli iclasının 1 №-li protokolu əsasında yaradılıb.
Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi ali təhsil müəssisəsində tədrisin və dəstək xidmətlərinin keyfiyyətinin planlaşdırılması, nəzarəti və davamlı inkişaf funksiyalarını icra edən tələbəyönümlü tədris mühitinin dəstəklənməsi, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi, tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə, dövlət standartlarının tətbiqinə, eləcə də əlaqəli digər proseslərə nəzarət funksiyalarını yerinə yetirən, birbaşa rektora tabe olan funksional struktur vahididir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında” Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Elm və Təhsil Nazirliyinin əmr, təlimat və Kollegiya Qərarlarını, digər müvafiq qanunvericilik aktlarını, Elmi Şuranın qərarlarını, təhsil, elm və innovasiyalar, inzibat-iqtisadi və sosial fəaliyyət sahələrində mövcud olan müvafiq normativ-hüquqi aktları, rektorun əmrlərini və əsasnaməni rəhbər tutur. Hazırda Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinə Kərimova Rövşanə Yaqub qızı rəhbərlik edir.

Əməkdaşlar:

Abdullayeva Zəminə – müdir müavini
Seyidova Yaqut Şıxseyid – Təcrübə və karyera
Şirinbəyli Turan – İnspektor
Əhmədova Narın – Statist