Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi
Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi Azərbaycan Milli Konservatoriyasının Elmi Şurasının 28 sentyabr 2021-ci il tarixli iclasının 1 №-li protokolu əsasında yaradılıb.
Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi ali təhsil müəssisəsində tədrisin və dəstək xidmətlərinin keyfiyyətinin planlaşdırılması, nəzarəti və davamlı inkişaf funksiyalarını icra edən tələbəyönümlü tədris mühitinin dəstəklənməsi, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi, tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə, dövlət standartlarının tətbiqinə, eləcə də əlaqəli digər proseslərə nəzarət funksiyalarını yerinə yetirən, birbaşa rektora tabe olan funksional struktur vahididir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında” Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Elm və Təhsil Nazirliyinin əmr, təlimat və Kollegiya Qərarlarını, digər müvafiq qanunvericilik aktlarını, Elmi Şuranın qərarlarını, təhsil, elm və innovasiyalar, inzibat-iqtisadi və sosial fəaliyyət sahələrində mövcud olan müvafiq normativ-hüquqi aktları, rektorun əmrlərini və əsasnaməni rəhbər tutur. Hazırda Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinə Kərimova Rövşanə Yaqub qızı rəhbərlik edir.
Əməkdaşlar:
Abdullayeva Zəminə – müdir müavini
Seyidova Yaqut Şıxseyid – Təcrübə və karyera
Şirinbəyli Turan – İnspektor
Əhmədova Narın – Statist
Abituriyent
Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr ixtisaslarına qəbul qaydaları.
Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr ixtisaslarına qəbul iki mərhələ üzrə keçirilir.Birinci mərhələdə test imtahanları, ikinci mərhələdə qabiliyyət imtahanları.
Bakalavriat şöbəsində qəbul imtahanları aşağıda göstərilən ixtisaslar üzrə həyata keçirilir:
İnstrumental ifaçılıq (fortepiano, tar, kamança, qanun, saz, balaban, klarnet).
Vokal sənəti (xanəndə, milli vokal)
Dirijorluq (xor dirijorluğu,XÇA orkestri dirijorluğu)
Bəstəkarlıq
Musiqişünaslıq
Musiqi müəllimliyi (fortepiano)
Populyar musiqi və caz ifaçılığı (vokal, alətlər üzrə)
Bakalavr ixtisasları üzrə abituriyentlər aşağıdakı fənlər üzrə qabiliyyət imtahanları verirlər:
Klarnet aləti:
- İxtisas
- Harmoniya və solfecio
- İrihəcmli əsər (konsert və ya sonatanın I və ya II, III hissələri)
- Virtuoz pyes
- Xarici bəstəkarların əsəri
- Azərbaycan bəstəkarının əsəri (variasiyalar, silsilə və ya silsilədən hissələr)
Tar, kamança, qanun alətləri:
- İxtisas
- Harmoniya və solfecio
- Konsert I və ya II, III hissələr
- İri həcmli virtuoz (texniki) əsər
- Azərbaycan və ya xarici ölkə bəstəkarının (lirik) əsəri
- Muğam
- Zərbi muğam
VOKAL SƏNƏTİ (milli vokal, xanəndə)
- İxtisas
- Musiqi nəzəriyyəsi və solfecio
DİrİJorluq (sahələr üzrə)
- İxtisas
- Harmoniya və solfecio
- Musiqi ədəbiyyatı
Musİqİşünaslıq
- Harmoniya və solfecio (şifahi)
- Harmoniya və solfecio
- Musiqi ədəbiyyatı
Bəstəkarlıq
- İxtisas
- Harmoniya və solfecio
- Musiqi ədəbiyyatı
Populyar musİqİ və caz İfaçılığı (vokal, alətlər üzrə)
- İxtisas
- Musiqi nəzəriyyəsi və solfecio
Magistratura üzrə qəbul aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:
İnstrumental ifaçılıq
(tar, kamança, qanun, saz, balaban və ya istiqamətlər üzrə)
Vokal sənəti
Xanəndəlik və ya istiqamətlər üzrə
Milli vokal və ya istiqamətlər üzrə
Dirijorluq
Xor dirijorluğu və ya istiqamətlər üzrə
Xalq çalğı alətləri orkestrinin dirijorluğu
Bəstəkarlıq
Musiqişünaslıq
Etnomusiqişünaslıq
Musiqi tarixi
Musiqi nəzəriyyəsi
Magistratura şöbəsində bakalavrlar “İxtisas” fənnindən qabiliyyət imtahanında iştirak edirlər.
Bakalavr qabiliyyət imtahanında ixtisaslaşmaya müvafiq təqdim etdiyi proqramı ifa etməlidir. İfa zamanı o, yüksək peşəkarlığını və ifaçılıq qabiliyyətini nümayiş etdirməlidir.
Qabiliyyət imtahanında bakalavr:
– solo proqram ifa etməli (ifa edilən proqramın ümumi həcmi 20-30 dəqiqədən çox olmamalıdır);
– solo proqram üçün əsərləri öz yaradıcılıq imkanlarına uyğun seçməli;
– əsərlərin ideya-bədii məzmununu dərk etməli və açmalı;
– əsərləri bədii-emosional və texniki cəhətdən keyfiyyətli ifa etməli;
– əsəri duymalı və hiss etməli;
– səhnə mədəniyyəti və artistizm nümayiş etdirməlidir.
solo oxuma ixtisaslaşmalarını seçən bakalavr həmçinin:
– səsin təmizliyini, gücünü, tembrini və məlahətliliyini göstərə bilməli;
– əsərin sözlərini düzgün, sərbəst çatdıra bilməlidir.
Bakalavr təhsili
Azərbaycan Milli Konservatoriyasında bakalavr səviyyəsində ödənişli və ödənişsiz əsaslarla təhsil almaq olar; burada təhsilin yalnız əyani forması mövcuddur.
AMK–da bakalavr səviyyəsində təhsil kredit sistemi üzrə aparılır.
Burada təhsil müddəti 4 ildir: bakalavrlar təhsil müddətində 240 kredit toplamalıdırlar.
050308 – İnstrumental ifaçılıq
İxtisaslaşma:
Fortepiano, tar, kamança, qanun, saz, balaban, klarnet
050317 – Vokal sənəti
İxtisaslaşma:
Xanəndə
Milli vokal
050305 – Dirijorluq
İxtisaslaşma:
Xor dirijorluğu
XÇA orkestri dirijorluğu
050303 – Bəstəkarlıq
050309 – Musiqişünaslıq
050113 – Musiqi müəllimliyi
İxtisaslaşma:
Fortepiano
050312 – Populyar musiqi və caz ifaçılığı
İxtisaslaşma:
Vokal
Alətlər üzrə
Magistratura təhsili
Azərbaycan Milli Konservatoriyasında magistraturasında ödənişli və ödənişsiz təhsil almaq olar; burada təhsilin yalnız əyani forması mövcuddur.
AMK-da magistraturasında təhsil kredit sistemi üzrə aparılır.
Hazırda AMK magistraturasında iki istiqamət üzrə təhsil almaq olar: 1) nəzəri yönümlü magistratura və 2) ixtisas magistraturası.
Nəzəri istiqamətdə təhsil əsas etibarilə 060307-“Musiqişünaslıq” ixtisası üzrə aparılır. Burada təhsil müddəti 2 ildir; magistrantlar təhsil müddətində 120 kredit toplamalıdırlar; magistraturanı bitirərkən tələbələr magistrlik dissertasiyası müdafiə edir və “magistr” dərəcəsi alırlar. Bu ixtisas üzrə AMK magistraturasına daxil olanlar bir mərhələdə qəbul imtahanları verirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul imtahanları test üsulu ilə keçirilir. Birinci mərhələdə tələbələr ümumi humanitar fənlər (məntiq, xarici dil, informatika) üzrə test imtahanı verirlər. Bu imtahanın nəticələri müəyyən edildikdən sonra tələbələr ümumi müsabiqə yolu ilə ödənişsiz və ödənişli yerlərə yerləşdirilirlər.
2004-cü ildən başlayaraq AMK-da ixtisas magistraturası üzrə təhsil aparılır. İxtisas magistraturasına qəbul iki mərhələdə keçir: 1-ci mərhələ test imtahanları, 2-ci mərhələ ixtisas fənnindən qabiliyyət imtahanından ibarətdir. Bu istiqamətdə təhsil müddəti 1,5 ildir; magistrantlar təhsil müddətində 90 kredit toplamalıdırlar; tələbələr magistraturanı magistrlik yekun yaradıcılıq işi ilə bitirirlər.
Bu istiqamətdə təhsil aşağıdakı ixtisaslar üzrə aparılır:
060310 – İnstrumental ifaçılıq (sahələr üzrə)
İxtisaslaşmalar:
Tar, kamança, qanun, saz, balaban və ya istiqamətlər üzrə
060304 – Vokal sənəti (sahələr üzrə)
İxtisaslaşma:
Xanəndəlik və ya istiqamətlər üzrə
Milli vokal və ya istiqamətlər üzrə
060305 – Dirijorluq (növlər üzrə)
İxtisaslaşma:
Xor dirijorluğu və ya istiqamətlər üzrə
Xalq çalğı alətləri orkestrinin dirijorluğu
060306 – Bəstəkarlıq
İxtisaslaşma:
Sahələr və ya istimaqətlər üzrə
060307 – Musiqişünaslıq
İxtisaslaşma:
Musiqi tarixi
Musiqi nəzəriyyəsi
Etnomusiqişünaslıq
060309 – Populyar musiqi və caz ifaçılığı
İxtisaslaşma:
Vokal, alətlər və ya istimaqətlər üzrə
Təkrar ali təhsil
Təkrar ali təhsili ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsili verən müəssisə tərəfindən müəyyən edilir.
Ali təhsili olanlar təkrar ali təhsil ala bilərlər.
Hər hansı təhsil müəssisəsində təkrar ali təhsil həmin təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla bilər.
Təkrar ali təhsilin məzmunu əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir.
Təkrar ali təhsil müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir.
Təkrar ali təhsil üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara ali təhsil haqqında diplom verilir.