Qadın kainatın yaradıcısıdır, müqəddəsdir, qurucu və əzmkardır. O, çalışqanlığı və fədakarlığı ilə cəmiyyətin inkişafına töhfə verir. Azərbaycanın rifahı və gələcəyi naminə addımlayan, qadına məxsus müqəddəs missiyalardan əlavə, bəşəri missiyalar da kəşf edib onların ardınca gedən qadınlar çətinliklər içində parlayan cəvahirat kimidir.
Əziz və hörmətli Azərbaycan Milli Konservatoriyasının xanım əməkdaşları, müəllimləri, sənətkarları və istedadlı, çalışqan tələbə qızlarımız!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik! Sizə yaradıcılıq uğurları, iş və təhsil həyatınızda böyük nailiyyətlər, xoşbəxtlik və rifah arzu edirik. Sizin zəhmətiniz və fədakarlığınız musiqimizin və mədəniyyətimizin inkişafında əvəzsiz rol oynayır. Bayramınız mübarək!