Martın 4-də Azərbaycan Milli Konservatoriyasında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Ömrümün istəyi” adlı konsert proqramı təqdim olunub.

 

Xalq artistləri, rektor Siyavuş Kərimi və “Milli vokal” kafedrasının rəhbəri Azər Zeynalov xüsusi gündə xanımlar üçün ifa ediblər.

 

Tədbirdə konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Çıxışa musiqi ilə yox sözlə başlayan Xalq artistləri bütün xanımları təbrik edib, onlara səmimi ürək sözlərini deyiblər.  Keçmişə qayıdaraq bəzi xatirələri dilə gətirib, 30 il öncə qeydə alınmış videosujetləri tamaşaçılara təqdim ediblər.

 

Konsertin bədii hissəsində daha çox əsərin Siyavuş Kərimiyə aid olduğu Azərbaycanın bəstəkar mahnıları yer alıb.

 

İfalar səslənib, zalda əyləşən xanımlara qızılgüllər təqdim olunub. Konsert böyük maraqla qarşılanıb.