Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist Sahib Paşazadə Yakutiyanın Prezidenti tərəfindən Saxa Respublikasının 100 illik yubileyi medalı ilə təltif edilib.
Yakutiyada ənənəvi olaraq keçirilən 4-cü “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” festivalında tarzən S. Paşazadə, Arko-Artiko Kamera Orkestri ilə birlikdə konsert proqramı ilə, festival çərçivəində keçirilən elmi simpoziumda isə “Tar və onun inkişaf yolları” mövzusunda geniş məruzə ilə çıxış edib.
Simpoziumdan öncə baş tutan mükafatlandırma mərasimində Yakutiyanın Prezidenti tərəfindən yüksək dərəcəli Yubiley medalı S. Paşazadəyə təqdim olunub.
Qeyd edək ki, bundan öncə Yakutiyada keçirilən bir çox festivalların iştirakçısı olan tarzən bu dəfə də bir neçə tədbirin açılış konsertində çıxış edib.