Noyabrın 17-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında “Milli Vokal” kafedrasının “Şərqlə qərb körpüsündən nəğmələr” adlı konserti  keçirilib.

 

Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Konsertin əvvəlində rektor S. Kərimi “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında uğurlu nəticə (X yer) göstərən AMK-nın tələbələrini təbrik edərək sertifikatlar təqdim edib. Daha sonra rektor S. Kərimi “Milli Vokal” kafedrasınının hazırladığı konsert barədə fikirlərini bildirib, kafedranın tarixi və uğurları barədə söhbət açıb.

 

Konsertdə “Milli Vokal” kafedrasının müəllim və tələbə heyəti, Azərbaycanın bəstəkar mahnılarını, həmçinin klassik şərq və qərb musiqisindən əsərlər səsləndiriblər.

 

Qeyd edək ki, konsertin bədii rəhbəri “Milli Vokal”  kafedrasının müdiri, Xalq artisti Azər Zeynalovdur. A.Zeynalov özü də konsertdə kafedranın müəllim və tələbələri ilə birlikdə çıxış edib.