26 aprel Qırğızıstan Respublikasının Xalq artisti, görkəmli bəstəkar, Qırğızıstan Milli Konservatoriyasının rektoru Muradbek Beqaliyev Akimoviç Azərbaycan Milli Konservatoriyasında qonaq olub. Qonağı xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Təhsil işləri üzrə prorektor Malik Quliyev, rektorun müşaviri Riad Quliyev qarşılayıb. İlk öncə Xalq artisti, rektor Siyavuş Kərimi qonağı Azərbaycan Milli Konservatoriyasının binası ilə yaxından tanış edib. Onlar sinif otaqlarını, dərsləri ziyarət ediblər. Muradbek Beqaliyev Akimoviç AMK nın Bakı zalında Xalq artisti Mübariz Tağıyevin dərsində olub. Sonra AMK nın muğam zalında tələbələrin ifasını dinləyib.Tələbələr -Ülkər Abdullayeva ,Asim Pirimov,Əli Rustəmbəyli,Səyyar Teymurov öz ifalarını qonağa təqdib edib. Musiqi əsərini dinlədikdən sonra .AMK -nın rektoru, Xalq artisti Siyavuş Kərimi qonağı idarə heyəti ilə yaxından tanış edib.
Sonra hər iki rektor AMK-nın əməkdaşlarının,idarə heyətinin iştirak etdiyi dəyirmi masada qarşılıqlı əməkdaşlıq sazişi imzalayıblar. Bu hər iki musiqi yönümlü təhsil ocağının gələcəkdə müştərək layihələrdə uğurlu addımlarına bir töhvə olub.Onların bu addımı alqışlarla qarşılanıb.Söhbət əsnasında Qırğızıstan Milli Konservatoriyasının 30 illiyi münasibəti ilə keçiriləcək olan tədbir haqqında danışıqlar gedib. Qonağ bu tədbirdə rektor, Xalq artisti Siyavuş Kərimini görmək istəyini vurğulayıb. Qeyd etməliyik ki, qonaqlar arasında Muradbek Beqaliyev Akimoviçin Azərbaycandakı ən yaxin dostu, bəstəkar, Xalq artisti, Üzeyir Hacıbəyli ev muzeyin direktoru Sərdar Fərəcov da olub.
Bundan başqa Qırqızıstan Milli Konservatoriyasının rektotu Muradbek Beqaliyev Akimoviç öz kitabını AMK nın rektoru, Xalq artisti Siyavuş Kərimiyə xatirə olaraq təqdim edib. Sonra qonaq Muradbek Beqaliyev Akimoviç Əməkdar artist, əvəzsiz pianoçu, “populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri Emil Əfrasiyabın ifasını dinləyib. Onun ifasına valeh olaraq xoş təəsüratlarla Azərbaycan Milli Konservatoriyasından ayrılıb.