Noyabrın 12-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Fortepiano” kafedrasının baş müəllimi, pianoçu Aynurə Məmmədovanın “Qəlbimin səsi” adlı musiqi albomunun təqdimat mərasimi keçirilib.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Aynurə Məmmədova tədbirdə giriş nitqi söyləyib. Bildirib ki, albomda Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri yer alıb və həmin ifaların qeydə alınmasında məqsəd, əsərləri düzgün ifa tərzi ilə gələcək nəsillərə çatdırmaq və onların təbliğatıdır.
Daha sonra rektor Siyavuş Kərimi və AMK-nın “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Akif Quliyev çıxış edərək təqdim olunan albom və ifaçı haqqında fikirlərini səsləndiriblər.
Tədbirdə Aynurə Məmmədova albomda yer alan əsərlərdən bir neçəsini qonaqlar üçün canlı olaraq ifa edib.
Sonda, tədbir iştirakçılarına albom təqdim olunub.