Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Günləri çərçivəsində.Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri Xalq artisti Mənsum İbrahimov, Milli Vokal kafedrasının müdiri Xalq artisti Azər Zeynalov, Xalq Artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov Özbəkistan Respublikasnda səfərdədir. Azərbaycan Mədəniyyət günləri ilə bağlı təşkil olunmuş konsert proqramında iştitrak edərək mədəniyyətimizin təbliğatıyla məşğul olan əməkdaşlarımızla qürur duyuruq.