Ötən gün Qarabağın dilbər guşələrindən biri olan Cəbrayılda “Cəbrayıl şəhər günü” təntənəli konsert proqramları, sərgilər və digər tədbirlərlə yüksək təşkil olunaraq qeyd olunub.
Bu münasibət ilə doğma yurdumuz Cəbrayıla bir çox sənət adamları səfər edib.
Azərbaycan Milli Konservatoriyasının Rektoru, Xalq artisti Siyavuş Kərimi ,Azərbaycanın tanınmış şəxsləri ilə birgə “Cəbrayıl şəhər günü” ndə yaxından iştirak edib.
Eyni zamanda AMK -nın bir çox sənətkar müəllimləri də “Cəbrayıl şəhər günü”ndə təşkil olunmuş geniş konsert proqramında öz bənzərsiz ifalarını nümayiş etdiriblər.
“Milli vokal” kafedrasının müdiri, Xalq artisti Azər Zeynalov Fikrət Əlizadənin “Vətənim” musiqi əsərini,
Muğam (xanəndə) kafedrasının müəllimləri Əməkdar artist İlkin Əhmədov “Qarabağ “, Əməkdar artist Gülüstan Əliyeva “Dağlarda duman gözəldir” və “Cəbrayıl” musiqi əsərlərini ifa ediblər.
AMK -nın gözəl sənətkar müəllimləri ilə yanaşı bu möhtəşəm bayram Azərbaycan Dövlət Milli Gənc tamaşaçılar teatrı, Azərbaycan Dövlət Akademik Musiqili teatr, Azərbaycan Dövlət Rəqs ansamblı və digər sənət ocaqları nümayəndələrinin ifa və çıxışları ilə davam edib.
Tamaşaçısı doğma və müqəddəs torpağımız Cəbrayılda yenicə məskunlaşan Cəbrayıl şəhər sakinlərinin zövqünü oxşayıb və çox yüksək qarşılanıb.
Torpaqlarımız azad olduqdan sonra AMK nın Sənətkar müəllim heyəti başda Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq Artisti Siyavuş Kərimi olmaqla dəfələrlə müqəddəs torpaqlara səfər ediblər. Fəxr edirik.
Qarabağ Azərbaycandır.