Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Konservatoriyası,Naxçıvan Dövlət Universitetinin əməkdaşlıq münasibətləri çərçivəsində mohtəşəm konsert baş tutub.Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli konservatoriyasının Muğam (xanəndə)kafedrasının müdiri, professor Mənsum İbrahimov, müəllimlər Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramov, Muğam Televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Gülzar Fərəcova və Rəvanə Əmiraslanlının ifalarında bir-birindən zəngin xalq mahnıları və muğamlar səsləndirilib. Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Əhmədov, Azərbaycan Respublikasının Əməkdar artisti Kamran Kərimov.tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb .