Azərbaycan Milli Konservatoriyası (AMK) 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

 

Yanvarın 19-da AMK-da 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyi və Konservatoriyanın birgə təşkilatçılığı ilə Ümumxalq Hüzn Gününə həsr edilmiş “Müstəqillik uğrunda” adlı tədbir keçirilib.

 

Tədbirdə Vergilər Naziri Mikayıl Cabbarov, AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Rektor, xalq artisti Siyavuş Kərimi tədbirdə giriş sözü söyləyib. O, bildirib ki, törədilmiş cinayət, xalqın iradəsini qıra bilməmiş və azadlıq eşqini daha da möhkəmləndirmişdir. Xalqımız qanı bahasına da olsa azadlığına qovuşmuşdur və bu nəaliyyəti heç vaxt əldən verməyəcəkdir.

 

Rektorun nitqinin ardından şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Milli Qəhrəmanlara həsr olunmuş videçarx nümayiş olunub, AMK-nın müəllimlərinin və Tələbə xorunun ifasında Azərbaycan milli mahnıları, musiqiləri səsləndirilib.