Aprelin 14-də Azərbaycan Milli Konservatoriyasında “Musiqişünaslığın Aktual Problemləri Magistr Tələbələrin VIII Respublika Elmi Konfransı” baş tutub.

 

Hər il oldğu kimi, bu il də bir neçə Ali məktəbin magistr tələbələri konfransda məruzə ilə çıxış ediblər.

 

Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xareoqrafiya Akademiyasının, Bakı Musiqi Akademiyası və Milli Konservatoriyanın tələbələrinin çıxışları yer alıb.

 

Tədbirdə konservatoriyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Konfransın elmi rəhbəri, konservatoriyanın Elmi işlər üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, professor Lalə Hüseynovanın açılış nitqi ilə tədbirə start verilib. Professor, artıq VIII dəfə təşkil olunan konfransın ənənəvi xüsusiyyətindən, ötən illər ərzində magistrların buradakı çıxışlarından və tədbirə olan maraqdan danışıb.

 

Daha sonra sırayla on bir tələbənin çıxışları təqdim olunub.