Mayın 17-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında növbəti ‘Musiqi saatı’ keçirilib.
“Muğam” kafedrasının təşəbbüsü ilə təqdim olunan konsertdə konservatoriyanın 4-cü kurs tələbələri – Həbib Oktaysoy (Tar) və Behrad Bonyadi (Tar) konsert proqramı ilə çıxış ediblər.
“Musiqi saatı”nda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konsetdə Azərbaycanın milli muğamları və xalq mahnıları səsləndirilib. Hər iki ifaçının da müəllmi olan “Muğam” kafedrasının rəhbəri, Əməkdar artsit Malik Mansurov konsertdə tələbələri ilə birgə çıxış edib. İfaçıları “Naz-nazı” muğam qrupu müşaiət edib.