• Ənvərli Səbinə Niyazi qızı
  • Ənvərli Səbinə Niyazi qızı 2000-ci ildə Bərdə rayonunda anadan olub.

    2005 – 2016-cı illərdə Bərdə rayonu, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə tam orta təhsil alıb.

    Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. (2016-cı ildə)

    Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavriat səviyyəsini fərqlənmə ilə bitirib. (2020-ci ildə)

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə magistratura səviyyəsini fərqlənmə ilə bitirib (2023-cü ildə)

    Elm və Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsində öncə könüllü kimi (2019-2020), daha sonra mütəxəssis (2020-2022) və aparıcı məsləhətçi (2022-2023) vəzifələrində çalışıb.

    Daimi dövlət qulluğuna qəbul edilərək “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi alıb. (2023-cü ildə)

    Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsində Orta ixtisas təhsil müəssisələri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb. (2023-2025-ci illərdə)

    2025-ci ilin aprel ayından Azərbaycan Milli Konservatoriyasında rektorun müşaviri vəzifəsinə təyin edilib.