İbadət Əhli oğlu Hüseynov 24.02.1974-cü il tarixində İmişli rayon Muradxanlı kəndində anadan olmuşdur. 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnsitutunun “Muhasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” fakultəsinədə təhsil almışdır. Diplom 

17.04.1998-ci il tarixdən 14.04.1999-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi bilet AO 

18.04.1999-cu il tarixdən 01.10.2001-ci il tarixədək 5 saylı İxtisaslaşmış Tikinti İdarəsində aparıcı mühasib; 08.11.2001-ci il tarixdən 31.08.2004-cü il tarixədək Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” İstehsalat Birliyində baş mühasib müavini, baş mühasib. 06.09.2004-cü il tarixdən 27.02.2009-cu il tarixədək Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnolojiyaları Nazirliyinin “Beynəlxalq Hesablaşma Mərkəzində” baş mühasib müavini vəzifələrində işləmişdir.

05.09.2011-ci il tarixdən 04.07.2016-ci il tarixədək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiterinin “İqtisadiyyat” kafedrasında 0,5 ştatla müəllim işləmişdir.

31.10.2009-cu il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında baş mühasibi; 16.10.2017-ci il tarixdən Azərbaycan Milli Konservatoriyasında baş mühasib, maliyyə departamentinin rəhbəri işləyir.

Azərbaycan Milli Elimlər Akademiyasının İqtisadiyyat İnstitunda 31.03.2014-cü il tarixdən 31.03.2018-ci il tarixədək 5308.01 “Ümumi iqtisadiyyat” ixtisası üzrə dissertant olmuş, İqtisad elmləri elm sahəsi üzrə Fəlsəfə Doktoru Elmi dərəcəsi almışdır.