Rəhbər:
Məmmədəli Mirəli oğlu Məmmədov
Milli musiqi alətlərimizin tarixi çox qədimdir. Bu baxımdan qədim miniatür sənət əsərləri, klassik şairlərimizin poeziyası zəngin informasiya mənbəyidir. Əsrlər boyu cilalanaraq uzun inkişaf yolu keçmiş ulu muğamlarımız, xalq mahnı və rəqslərimiz, aşıq sənətimiz milli musiqi alətlərimizin vasitəsi ilə də nəsillərdən-nəsillərə ötürülərək günümüzə kimi gəlib çatmışdır. Çox mərhələli inkişaf yolunda musiqi janrlarında olduğu kimi, milli çalğı alətlərimizdə də mühüm dəyişikliklər baş vermişdir. Tarixin keşməkeşli sınaqlarından çıxan milli musiqi alətlərimizdə bu gün də təkmilləşdirilmə işləri aparılır.
Azərbaycan Milli Konservatoriyasında 2003-cü ildə yaradılımış “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyası bu istiqamətdə fəaliyyət göstərir. Həmin laborataoriyaya 2011-ci ilin sentyabr ayına qədər sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzədə rəhbərlik etmişdir. Laboratoriyada qarşıya qoyulan başlıca məqsəd Azərbaycan xalq çalğı alətlərinin səs diapazonunu simfonik orkestrin səs diapazonuna çatdırmaq və milli orkestrimizdə böyük səs diapazonuna malik olan dünyəvi və milli əsərləri ifa etməyin mümkünlüyünə nail olmaqdır.
Laboratoriyanın hazırki rəhbəri Məmmədəli Məmmədov yeni elektron musiqi alətlərinin yaradılması, qədim çalğı alətlərimizin təkmilləşdirilməsi, bərpası ilə məşğul olur. Onun laboratoriyaya rəhbər təyin olunmasından sonra geniş elmi araşdırmalar aparılmış və müsbət nəticələr əldə olunmuşdur. M.Məmmədovun musiqini dərindən duya bilməsi, simli musiqi alətlərində ifa etmək və ixtiraçılıq qabiliyyəti, mühəndislik peşəsi sahəsində ixtisaslaşması milli musiqi alətlərimizdə düzgün və tələb olunan istiqamətdə təkmilləşmə işlərini yerinə yetirməsinə böyük kömək göstərmişdir. M.Məmmədovun kolleksiyasında müəllifllik hüququnun ona məxsus olduğunu təsdiqləyən sənədlərə malik 17 adda musiqi aləti vardır. Alətlərin hər biri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib. Onun və laboratoriya əməkdaşlarının birgə səyi nəticəsində ilk dəfə olaraq kamaça və tarlardan ibarət musiqi alətləri ailəsi yaradılıb. 2004-cü ildə kamança musiqi alətinin “bəm kaman” növü və qədim musiqi alətimiz olan balabanın bas, tenor və pikkolo variantları hazırlanmış və həmin alətlərin Azərbaycan Bəstəkarlar İttifaqında təqdimatı olmuşdur. Onu da qeyd etməliyik ki, bu alətlər AMK-nın rektoru, Azərbaycan Respublikasının xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi və ideyaları əsasında hazırlanmışdır.
2010-cu ildən başlayaraq laboratoriyada yeni musiqi alətlərinin yaranması və təkmilləşməsi daha böyük vüsət almışdır. “Çəng”, “Kamança”, “Tar”, “Davul”, “Santur”, “Qanun”, “Balaban”, “Zurna” M.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. Bunlarla yanaşı o, həm də yeni musiqi alətlərini yaratmışdır. “Udmən”, “Azərbaycan santuru”, “Dördkünc balaban”, “Meydan nağara”, “Təkmilləşmiş dördkünc təbil”, “Bas kamança”, “İki kameralı kamança”, “Kontur kamança”, “Bəm Kamança”, “Zil-bəm kamança”, “Elektro Kaman”, “Dəf kaman”, “Bas tar”, “Elektrotar”, “Akkord tar”, “Kontur tar”, “Qoşaqol ud” (Sevgililər), “Qopuz”, “Yaylı qopuz”, Bərpa olunmuş “Yaylı rübab”, “Əsa”, “Həsa”, “Xromatik qanun” “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında yeni yaranan musiqi alətləri sırasına daxildir.
Onu da bildirək ki, laboratoriyanın əməkdaşları elmi araşdırmalarla məşğul olur, müxtəlif konfrans və simpoziumlarda iştirak edir, tədqiqat işləri aparır, xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və geniş diapazonlu milli musiqi alətlərin yaradılması ilə məşğul olurlar. Bu illər ərzində laboratoriyamızın ustalarının yüksək peşəkarlıqlarını və bu işlərin icrasında yaxından iştirak etmələrini xüsusi qeyd etmək istərdik.
Əməkdaşlar
- Məmmədəli Məmmədov – Laboratoriya rəhbəri
- Fəxrəddin Baxşəliyev – Baş elmi işçi
- Fazilə Nəbiyeva – Elmi işçi
- Fərid Fətullayev – Kiçik elmi işçi
- Fəzilə Rəhimova – Kiçik elmi işçi
- Kəmalə Hacıyeva – Baş laborant
- Nərgiz Əhmədova – Baş laborant
Ustalar:
- Həsənov Ağamir
- Bayramov Güləli
- Hüseynov Teymur
Məmmədəli Məmmədov
Məmmədəli Mirəli oğlu Məmmədov 1951-ci ildə Salyan rayonunda anadan olub.Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayan M.Məmmədov AMEA-nın “Dərin Neft və Qaz Yataqlarının Problemləri” İnstitutunda laborant, baş laborant, texnik, baş texnik, mühəndis və elmi işçi vəzifələrində işləyib. 2011-ci ilə kimi AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında elmi işçi, daha sonra isə həmin laboratoriyada bu günə kimi rəhbər vəzifəsində çalışır.O, xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və yeni diapazonlu milli alətlərin yaradılması ilə məşğul olur. Onun təkmilləşmə işləri milli alətlərin köklənmə sistemində, qol ilə çanağın keyfiyyətli birləşməsində, onlar arasındakı bucağın tənzimlənməsində, alətin kövrəkliyinin aradan qaldırılmasında və s. özünü göstərir.
M.Məmmədovun hazırladığı “Qarabağ kamanı” (müəlliflər: S.Kərimi, M.Məmmədov), “Ud-Mən”, “İrs”, “Sevgililər”, “Azərbaycan” və digər musiqi alətləri Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmışdır. M.Məmmədov üzərində təkmilləşdirmə apardığı alətlər barədə mütəmadi olaraq AMK-nın “Konservatoriya” adlı elmi nəşrində müxtəlif elmi məqalələrinin çapı ilə də məşğul olur.
Məmmədəli Məmmədovun çap edilmiş elmi məqalələrinin siyahısı:
- Məmmədov M.M. Musiqi alətlərimizin təkmilləşdirilməsinə ehtiyac var. “Reytinq” qəzeti. 2 may, 2010-cu il. S. 15.
- Məmmədov M.M. Milli sərvətimiz olan tara diqqət və qayğı hər birimizin vəzifəsidir. “Sənət” qəzeti. 15/ 05- 14/ 06 2010-cu il. S. 5.
- Kərimi S.Ə, Abdullayev A.S, Məmmədov M.M. “Tar çanağında konstruktiv dəyişikliklər etməklə səs effektinin yaxşılaşdırılması”. “Konservatoriya” elmi nəşri №3 (17), 2012. S. 62-65.
- Kərimi S.Ə, Dadaşov F.Ə, Məmmədov M.M. “Kamançada səs effektinin yaxşılaşdırılması”. “Konservatoriya” elmi nəşri №4 (18), 2012. S. 78-81.
- Məmmədov M.M. “Qarabağ kamanı və elektro kamança”.“Konservatoriya” elmi nəşri №1 (15), 2012. S. 68-75.
- Kərimi S.Ə, Fətəliyev Ş. Məmmədov M.M. “Dördbucaq formalı balabanın layihəsi”. “Konservatoriya” elmi nəşri №1 (27), 2015. S. 68-72.
- Kərimi S.Ə, Fətəliyev Ş. Məmmədov M.M. “Zurna musiqi alətində təkmilləşdirmə işi”. “Konservatoriya” elmi nəşri № 2 (28), 2015. S. 57-61.
- Məmmədov M.M. “Tar alətinin ölçü sistemlərinin elmi əsaslarla təyin edilməsi” “Konservatoriya” elmi nəşri №2 (32), 2016. S. 34-45.
- Məmmədov M.M. “Təkmilləşmiş qolça qopuz və yaylı qopuz”. “Konservatoriya” elmi nəşri №4 (34), 2016. S. 79-82.
- Мамедов M.M. Нужно добиваться признания нашей музыкальнойкультуры на международном уровне. / Газ. «Азербайджанские Известия». 9 июля, 2014 года. С. 1-3.
Fəxrəddin Baxşəliyev – (məlumat hazırlanır)
Fazilə Nəbiyeva
Fazilə Ramiz qızı Nəbiyeva 31 may 1984-cü ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olub. O, 2015-ci ildən “Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat” laboratoriyasında elmi işçi vəzifəsində çalışır. F.Nəbiyeva 1999-2003-cü illərdə AMK-nın nəzdində Musiqi Kollecində (orta ixtisas), 2003-2007-ci illərdə Bakı Musiqi Akademiyasında (bakalavr), 2008-2010-cu illərdə AMK-da (magistr) təhsil alıb. 2011-ci ildən musiqi elmi sahəsində dərin biliklərə yiyələnmək, geniş və dərin elmi axtarışlar aparmaq üçün tədqiqat işi üzərində çalışmağı qarşısına məqsəd qoyub və həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi”ndə doktoranturaya qəbul olunub. 2011-ci ildən müxtəlif xalqların mədəniyyətində rast gəlinən dairəvi ayin rəqslərinin araşdırılması ilə bağlı elmi-tədqiqat işi üzərində çalışmağa başlayıb. Seçdiyi mövzuya dair apardığı araşdırmaların nəticələrini yerli və xarici elmi jurnallarda məqalələr çap etdirməklə və beynəlxalq konfranslardakı məruzələri ilə elm ictimaiyyətinə çatdırmağa çalışıb. Müəllifin çap olunmuş elmi məqalələrinin siyahısını aşağıda təqdim edirik.
- “Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə dair əlyazmaları”. Azərbaycan Milli Konservatoriyası, “Konservatoriya” elmi nəşri № 1, S. 28-31.
- “Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları elmi-fundamental əsəri haqqında”. Azərbaycan Milli Konservatoriyası, “Konservatoriya” elmi nəşri № 2, S. 113-117.
- “Üzeyir Hacıbəylinin əlyazmaları onun elmi isrinin öyrənilməsində qiymətli mənbə kimi”. Üzeyir Hacıbəylinin anadan olmasının 125 və “Ər vəarvad” operettasının 100 illik yubileylərinə həsr olunmuş elmi-praktiki konfrans iştirakçılarının məruzələri. Bakı-2010. S. 83-91.
- “Dairəvi rəqslər ümumdünya ayin mədəniyyətinin başlanğıcı kimi” (Problemin qoyulmasına dair). Azərbaycan Milli Konservatoriyası, “Konservatoriya” elmi nəşri № 2, S. 109-113.
- “Dairəvi ayin mərasimləri mədəniyyətlərarası dialoq kimi”. Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial mədəni inkişaf // Beynəlxalq konfransın materialları. 21-22 dekabr, 2012. S. 364-367.
- “Dairəvi ayin mərasimləri Şərq və Qərb xalqlarının mədəniyyətində təmas nöqtəsi kimi”. “Mədəni həyat” jurnalı № 3 (265), 2013. S. 77-80.
- “Danışan daşların izi ilə”. “Mədəni həyat” jurnalı № 7 (269), 2013. S. 95-97.
- “Dairə konseptual işarə kimi”. www. musigi-dunya.az № 3 (56), 2013. S. 1/7-6/7.
- “Dairəvi rəqslər, yallılar barədə bir neçə soz…,”. “Qobustan” jurnalı № 4/161, 2013. S. 54-56.
- “Dairəvi ayin rəqsləri xalqlararasında eyniyyət faktoru kimi”. Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri// ADMİU-nun 90 illiyinə həsr olunmuş XII Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı-2013. S. 47-48.
- “Avropada yaşayan xalqların dairəvi rəqs mədəniyyətinin ümumi səciyyəsi”. Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri// ADMİU-nun 90 illiyinə həsr olunmuş XIII Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı-2014. S. 81-82.
- «Следы общетюркских корней в круговых танцах». Круговой танец: Природа-Человек-Космос. Коллективная Монография. Якутск-2014. S. 95-100.
- «Круговые танцы как проявление культа солнца». Исторические, философские, политические и юридичесеие науки, культурология и искусствоведение. Вопросы теории и практики.Тамбов: Грамота, 2014. №10 (48): в-3х ч. Ч. II. C. 151-154.
- «Следы набожности в круговых танцах». “Traces of deity in circular dances”. Тенгрианство и эпическое наследие народов Евразии: истоки и современность. Материалы V-й Международной Научно-Практической Конференции. (20-24 сентября 2015 г., Камчия, Болгария). Бьдник., София, 2015. C. 176-183; 183-188.
- «Синкретические особенности круговых танцев». Традиционная культура народов поволжья. Материалы III Всероссийской научно-практической конференции с международным участием. Часть вторая. Казань, 2016. http://kpfu.ru/staff_files/F852195570/Chast_2.pdf. C. 60-65.
- “Elektro akkord tar”.Azərbaycan Milli Konservatoriyası,“Konservatoriya” elmi nəşri № 1 (31) 2016. S. 55-58.
- “Mənəvi dəyərlərlə ümumbəşəri dəyərlərin vəhdətində dairəvi rəqslərin özül rolu”. Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri// I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş XV Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı-2016. S. 70-74.
- “Dairəvi rəqslərdə multikultural dəyərlərin təzahürü”. “Azərbaycan multikulturalizmi:din və dil siyasətinin inkişaf perspektivləri” // adlı beynəlxalq konfransın materialları. Bakı-2016. S. 184-188.
- «Общее и особенное в круговых танцах тюркских народов». Наука, образование и культура. Москва: Издательство «Проблемы науки», № 11 (14), 2016. C. 52-56.
- “Günəş kultunun və insan təsvirlərinin maddi mədəniyyət nümunələri üzərində əksi”. Традиционная культура тюркских народов в изменяющемся мире. Материалы I Международной научной конференции. (12-15 апреля 2017., Казань, Татарстан). Ак Буре., Казань, 2017.http://www.tatfolk.ru/test/uploads/3892058f5cc73b4533-1-556.pdf. C. 340-342.
- «Связь хороводов сосвященными храмами солнца». “Тенгрианство и эпическое наследие народов Евразии: истоки и современность”. Материалы VI-й Международной Научно-Практической Конференции. (14-16 июня, 2017 г., Астана, Казахстан). ТОО Мастер По, Астана, 2017. C. 262-266.
- “Azərbaycan milli mədəniyyətində yallı rəqs ənənəsi”. “Qloballaşan dünyada musiqi ənənələri” // adlı beynəlxalq konfransın materialları. Bakı, 2017, 26-27 oktyabr. s. 347-351. http://konservatoriya.az/konfrans/2017.pdf
Fərdin Məmmədli
Məmmədli Fərdin İlham oğlu 1991-ci ilə Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini Vaqif Mustafazadə adına 2 saylı incəsənət məktəbində (fortepiano sinfində) almışdır. 2007-2011-ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində (nəzəriyyə) oxumuşdur. 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş və 2015-ci ildə oranı musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil illərində Ü.Hacıbəyli təqaüdünə layiq görülmüşdür. Həmin ildə AMK-nın muğamşünalıq ixtisasına üzrə magistr pilləsinə daxil omuş və 2017-ci ildə fərqlənmə ilə bitirmişdir. Hazırda AMK-da “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışır. F.Məmmədli elmi və publisistik məqalələrin müəllifidir.
Elmi məqalələr:
Muğam dəstgahlarında “Şikəsteyi-fars” şöbəsinin funksional əhəmiyyəti // “Konservatoriya” jurnalı, B.: 2015, №4 (30), s.26-32.
XX əsrin əvvəllərində Rast muğamının səs və not yazılarında “Bərdaşt” şöbəsi // “Konservatoriya” jurnalı, B.: 2017, № 2 (36), s.17-24.
Muğam dəstgahların morfologiyasında “Bərdaşt”ın yeri və mövqeyi // “Azərbaycanşünaslığın aktual problemləri: əsas istiqamətlər və perspektivlər” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, B.: 2017, s. 54-58.
Cabbar Qaryağdıoğlu // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri, ADMİU – nun 90 illiyinə həsr olunmuş XI Beynəlxalq elmi-praktiki konfransın materialları, B.: 2012, 62-64
Rəşid Behbudov və “Arşın mal alan” operettası // Görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. B.: 2015, s. 14-19.
Üzeyir Hacıbəylinin “Azərbaycan türklərinin musiqisi haqqında” məqaləsinin tarixi əhəmiyyəti //Dahi bəstəkar Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları. B.: 2015, s.11-14.
Muğam dəstgahların morfologiyasında “Bərdaşt”ın yeri və mövqeyi // “Azərbaycanşünaslığın aktual problemləri” magistr tələbələrin III Respublika elmi konfransı. B.: 2017, s.3-7.
Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir // Respublika elmi konfransın materialları. B.: 2012, s.138-139.
“Makam” janrlarında giriş hissələrin əhəmiyyətinə dair: Azərbaycan muğamında “Bərdaşt” // “Qloballaşan dünyada musiqi ənənələri” I Beynəlxalq elmi-praktik konfransın materialları. B.: 2017, 26-27 oktyabr, 63-67.
Nərgiz Əhmədova – (məlumat hazırlanır)
Kəmalə Hacıyeva – (məlumat hazırlanır)