Azərbaycan Milli Konservatoriyasında “Xanəndə və İnstrumental muğam ifaçılarının Milli Muğam müsabiqəsi” başlayıb.

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqəyə aprelin 14-də baş tutan seçim turu ilə start verilib.

 

Seçim turunda 41 Xanəndə, 18 instrumental ifaçı olmaqla 59 iştirakçı çıxış edib. Onlardan xanəndə ixtisası üzrə 20 nəfər, instrumental ifaçılıq üzrə isə 18 nəfər müsabiqənin I turunda iştirak hüququ qazanıb.

 

Aprelin 15-də isə müsabiqə iştirakçıları arasında püşkatma mərasimi keçirilib. İlk turda iştirak edəcək ifaçıların sıra nömrələri qeydə alınıb.

 

Qeyd edək ki, seçimlərin 1-ci turu 24-25 aprel tarixlərində, 2-ci turu isə 26 və 27 aprel tarixlərində keçiriləcək. Müsabiqənin böyük finalı isə aprelin 28-i baş tutacaq.

 

Müsabiqə dinləyicilər üçün açıq şəraitdə keçiriləcək.