Azərbaycan Milli Konservatoriyası Xanəndə və İnstrumental muğam ifaçılarının Milli Muğam müsabiqəsini elan edir.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2023-cü il aprelin 24-dən 27-dək baş tutacaq.
Qaliblər aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə seçiləcək
Müsabiqə seçim mərhələsi və 2 turdan ibarət olacaq, qaliblər Beynəlxalq Muğam festivalında iştirak hüququ qazanacaq.
Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Müsabiqədə iştirak şərtləri:
- Müsabiqədə yaşı 18-dən 35-dək olan xanəndə, vokal və instrumental ifaçılar iştirak edə bilərlər
- Hər bir müsabiqə iştirakçısı təxminən 20 dəqiqə ərizndə ənənəvi musiqi irsimizin zənginliyi və rəngarəngliyini əks etdirən proqram təqdim etməlidir
- Sənədlər paketi 10 aprel 2023-cü il tarixinədək göndərilməlidir.
Tələb olunan sənədlər:
- Müəyyən forma üzrə ərizə
- Yeni çəkilmiş 7×10 ölçüdə 2 fotoşəkil. Şəkil yüksək keyfiyyətli rəqəmsal formatda olmalıdır
- İştirakçının yaşını təsdiq edən sənədin surəti (Şəxsiyyət vəsiqəsi)
- İştirakçının DVD və video formatda çıxışının yazısı
- Tərcümeyi-hal
Ərizə paketi Azərbaycan Milli Konservatoriyasına təqdim olunmalı və ya mail vasitəsi ilə göndərilməlidir.
Sənədləri göndərmək üçün ünvan: Azərbaycan Milli Konservatoriyası (Bakı, Yasamal rayonu Ələsgər Ələkbərov 7, tel; (012) 538 28 62)
Mail: mugam2023@conservatory.edu.az
Müsabiqə dinləyicilər üçün açıq şəraitdə keçiriləcək.