Mayın 20 də Azərbaycan Milli Konservatoriyası və Kərkük Kültür Dərnəyinin birgə
AMK-nın böyük zalında “Kərkükdən Azərbaycana” adlı konserti baş tutub .
Konsertdən öncə Azərbaycan Milli Konservatoriyası və
Kərkük Kültür Dərnəyi arasında
əməkdaşlıq müqaviləsi bağlanıldı. Müqavilənin məqsədi bu əməkdaşlıqın daha da güclənməsi və inkişaf etdirilməsi olub. Bu qürurverici anlardan sonra konsert başlayıb.
Konsertin aparıcısı Kərkük musiqisinin tədqiqatçısı, AMK-nın tələbəsi Zeynəb Bağır olub .
Konsertdə Məhmet Neccar , Ömər Türkmənoğlu, Mehmet Kaya, Əməkdar artist Nuriyyə Hüseynova, Sədəf Budaqova , Gülzar Qurbanova, Pərvaz İbrahimli, Rəvan Qocayev, Yaqut Xəlilova. Azərbaycan və Kərkük ifaçılarını “Milli Şərq” ansamblı müşayiət edib.
Konsertdə Mahir Quliyev, Kəmalə İsakova, Yavər Zəndabədi, Nicat Fərzəliyevin ifalarında
bir birindən gözəl Azərbaycan musiqi əsərləri səsləndirilib.
Böyük coşqu və alqışlarla davam edən konsertin sonunda təltiflər təqdim olunub, xatirə şəkilləri çəkilib.