27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda II Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində “Maqom sənətinin inkişafında nəzəri və əməli əsaslar” adlı Elmi-praktik konfrans keçirilib. Konfransda
Azərbaycan Milli Konservatoriyasının Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının professoru, Sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, AMK -nın müəllimi, tələbə elmi cəmiyyətinin rəhbəri Fərdin Məhəmmədzadə Özbəkistanda
“II Beynəlxalq Maqom Sənəti ” Forumu Elmi-praktik Konfransında Azərbaycan Milli Konservatoriyasını təmsil edib. Rəngarəng forum proqramında fəal iştirak edən əməkdaşlarımıza uğur diləyirik.