Martın 10-da “Xalq çalğı alətləri” kafedrasının müəllimi, tanınmış gənc kamança ifaçısı Mədinə Şahgəldiyevanın solo konserti keçirilib.
Konsertdə konservatoriyanın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblkər.
M. Şahgəldiyeva konsertdə Azərbaycan və Avrupa bəstəkarlarının əsərlərini, milli muğamlarımızı səsləndirib. İfalar böyük maraqla qarşılanıb.
Müşaiət ediblər;
- Mark Zençenko (kontrabas)
- Sevinc Kərimova (fortepiano)
- Üzeyir Məmmədov (akkordeon)
- Vəfadar Ramizzadə (zərb alətləri)