- Noyabr 17, 2012
- 12:00 səhər
Beynəlxalq Tələbə Günü
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 17 Noyabr – Beynəlxalq Tələbə Gününü “28 Mall” Ticarət və Əyləncə Mərkəzində qeyd edəcək.
Gün.Az xəbər verir ki, tədbir paytaxtın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə baş tutacaq.
Əsas məqsəd əcnəbi tələbələrlə yerli tələbələr arasında əlaqələr qurmaq, Azərbaycanın tələbə təşkilatlarını əcnəbi tələbələrə tanıtmaqdır.
Eyni zamanda əcnəbi tələbələri də ictimai fəaliyyətə cəlb etməkdir.
İki hissədən ibarət olacaq tədbirdə ATGTİ-nin sədri Şahin İsmayılov çıxış edərək, əcnəbi tələbələri ATGTİ-nin ümumi fəaliyyəti ilə tanış edəcək.
Bu məqsədlə onlara video və foto təqdimatlar da nümayiş olunacaq.Tədbirin 2-ci hissəsində gənclər üçün Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatlarının birgə hazırladıqları konsert və digər əyləncə proqramları keçiriləcək.