Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqişünas Ülkər Əliyeva, fevralın 16-da Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək, “Kralın üç maskası” («Три маски короля») baletinin dünya premyerasına dəvət alıb.
Musiqisi bəstəkar Dmitriy Krılova məxsus olan boletin səhnələşdirməsini məşhur xoreoqraf Yuri Smekalova edib. Belə bir nüfuzlu tədbirə dəvət, premyaranın keçiriləcəyi Kilize teatrından gəlib.
Hazırda Kazan şəhərində keçirilən F.İ.Şalapin adına Beynəlxalq opera festivalında münsiflər heyətinin üzvü qismində iştirak edən professor Ülkər Əliyeva, oradan birbaşa Sankt-Peterburq şəhərinə gedərək təqdimatda iştirak edəcək.
Qeyd edək ki, Ülkər Əliyeva Rusiyada keçirilən bir çox musiqi və teatr festivallarına dəvət alır və professorun qeydə aldığı məqalələr Rusiyanın olduqca nüfuzlu veb səhifələrində yayımlanır.
Aşağıda, bu günlərdə yayımlanan son iki, yeni məqaləni qeyd edirik.