Azərbaycan Milli Konservatoriyasının “Tələbə xoru” Türkiyənin “Caspi Art” Beynəlxalq musiqi yarışmasında birinci olub.

 

Video qeydlər üzərindən aparılan müsabiqəyə 10-dan çox ölkə qatılıb. İstedadlı musiqi qruplarının iştirak etdiyi müsabiqədə Azərbaycanı təmsil edən konservatoriyanın xor kollektivi münsiflərin yekdil qərarı ilə birinci yerə layiq görülüb.

 

AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, xorun bədi rəhbəri Təranə Yusifova və tələbələrlə görüşərək qalibiyyət münasibəti ilə onları təbrik edib.

 

“Tələbə xoru”nun müsabiqədə iştirakı xorun konsertmeysteri Svetlana Əhmədovanın təklifi əsasında baş tutub.