Aprelin 18-də Azərbaycan Milli Konservatoriyasının Böyük zalında “Bakuba Band” etno-jaz musiqi qrupunun konserti keçirilib.
Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbirdə ilk öncə rektor Siyavuş Kərimi çıxış edərək musiqiçiləri salamlayıb və onları konservatoriyanın konsert zalında görməkdən məmnun olduğunu bildirib. Rektor, zala yığışan dinləyicilərin əksəriyyətinin musiqiçi olduğunu vurğulayaraq konsertin daha maraqlı və məsuliyyətli olacağını dilə gətirib. Qrup üzvlərinə təşəkkürünü bildirən Xalq artisti onlara gələcək fəalliyətlərində uğurlar arzulayıb.
Konsertdə “Bakuba Band” qrupunun ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri, həmçinin xalq musiqiləri səsləndirilib.
Qeyd edək ki, konsertin bədii rəhbəri və eyni zamanda qrupun musiqi rəhbəri Əməkdar artist Tofiq Cabbarovdur.
Qrupun digər üzvləri:
- Nicat Aslanov (Piano)
- Afşin Əlizadə (Piano)
- Nicat Paşazadə (Bas gitara)
- Firudin Həmidov (Truba)
- Həsən Bilalov – (Zərb alətləri)
- Sona Ələsgərova (Vokal)
- Məlik Ramiz (Vokal)