Oktyabrın  16-da Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi Konservatoriyada magistratura səviyyəsi üzrə ixtisaslaşma kursu keçən əcnəbi tələbələrə sertifikatlar təqdim edib.

 

7  – 17 oktyabr tarixlərində AMK-da ixtisaslaşma kursu keçən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının (Казахская Национальная Консерватория имени Курмангазы) 12 nəfərdən ibarət tələbə heyətinə yekun kurs sertifikatları verilib.

 

Görüşdə, həmçinin tələbələrin ifasında Qazaxıstan milli musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

 

Rektor Siyavuş Kərimi tələbələri təbrik edib, onlara təhsil və iş həyatında uğurlar arzulayıb.

 

Təqdimatda AMK-nın professor-müəllim heyəti də iştirak edib.