2018-ci il 15-20 iyul tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türksoy və Türk Dünyası Müzik Eğitimi-nin birgə təşkilatçılığı ilə keçiriləcək İSME (İnternational Society for Music Education) 2018 – 33-cü Ümumdünya Konfransına Bakı şəhəri ev sahibliyi edəcək.
Konfrans çərçivəsində Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında (AMK) müxtəlif tədbirlər təşkil olunacaq.
Konfransda musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssis iştirak edəcək.
İyulun 14-də konfrans çərçivəsində ilk elmi müzakirə AMK-da aparılacaq. Konfrasda musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəsislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı nəzərdə tutulur.
Bakı zalında baş tutacaq tədbirdə aşağıdakı mövzu istiqamətləri üzrə müzakirələr aparılacaqdır.
- İnstrumental və vokal ifaçılığında tədris
- Musiqi ifaçılığında sağlam həyat tərzi
Konfrans saat 08:00-da başlayacaq (fasilə 13:00) və saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, konfrans çərçivəsində, 17, 18 və 19 iyul tarixlərində daha 3 tədbir AMK-nın Böyük zalında keçiriləcək.