İncəsənət gimnaziyasında 31 mart soyqırımına həsr olunmuş tədbir

31 mart tarixində Azərbaycan Milli Konservatoriyası tərkibində olan İncənət gimnaziyasında “31 mart Dünya Azərbaycanlılarının soyqırım günüdür” adlı ədəbi- bədii gecə baş tutdu. Gecənin təşkilatçısı və rejissoru Qurban Primovun doğma qardaşı nəvəsi Aida Pirimova idi. Tədbirdə VI, X, XI sinif şagirdləri, həmçinin, Milli Konservatoriyanın tələbələri iştirak edirdilər. Bunlardan VI sinif şagirdləri: Mənsurə, Aydan, Samir, Kərimova Nüşabə; X, XI sinif şagirdləri: İbrahimli Süleyman (həm Nuri Paşa, həm Şaumyan rolunda), Əsədov Tamerlan ( Mikoyan obrazında), Novruzov Atabala(Əli Əmiraslanoğlu rolunda ), Abbasov Böyükağa ( Laloyan obrazında); Milli Konservatoriya tələbələri – Məleykə Ehtiram, Əlixanlı Aysel ,Anar Məmmədov, Məbud Əhmədov.
Azərbaycan Dövlət himninin oxunması ilə ilə başlanan tədbir 3 hissədən ibarət idi. Aparıcılar konservatoriyanın tələbəsi Əliyeva Səmra və X sinif şagirdi Əliyeva Firəngiz tədbiri açıq elan etdilər və soyqırım şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tarix barədə ümumi icmal-səssiz kino verilirdi və bunun müşayiətilə aparıcı soyqırımdan danışırdı.
I hissənin davamı olaraq əvvəlcə Şaumyanın törətdiyi soyqırım haqqında xronika verildi, daha sonra istedadlı tələbələr həmin mənfur düşmən barədə səhnəcik göstərdilər: burada Şaumyan obrazı, öz “Böyük Ermənistan” yaratdığı barədə planları haqqında danışır. Öz köməkçisinə istehza ilə deyir ki, papaq niyə qoymusan, ermənilərin papağı ( yəni qeyrəti) heç vaxt olmayıb. Daha sonra Ulyanovdan məktub gəlir: deyilənlərə görə Ulyanov Şaumyanın siyasətini bəyənir, qələbə barədə danışır və qeyd edir ki, diplomatiya öyrənmək vacibdir, sonda dostlara salam göndərir. Səhnəcikdə Şaumyan acgözlüklə hələ Gəncədə, Lənkəranda, Şamaxıda qırğın edəcəklərini və Bakıya kimi gələcəklərini danışır. Şaumyan: “ Nə qədər ki, nökərik ruslara, onlar bizə köməkdi!” söyləyir.
I hissəni Atabala Novruzov Zəlimxan Yaqubun “ Dur ayağa məmləkətim, Qalx ayağa millətim” adlı soyqırım haqqında seir deməklə davam etdirir və bu hissə tar, kamança, udun müşayiətilə Milli Konservatoriyanın xanəndə – tələbəsinin “Bayatı-Şiraz” ifa etməsi ilə bitir.
II hissəni aparıcılar açaraq, daşnak partiyasından danışdılar, Osmanlı dövləti –Nuri Paşadan dedilər. ( İmkanlı Gəncənin ordunu hazırlamasını qeyd etdilər). Bunun ardınca kadrlarda Nuri Paşa barədə icmal getdi.
Nuri Paşa haqqında səhnəcikdə Əli Əmiraslanoğlunun nəvəsi Emma Zeynalovanın dediklərindən istifadə edilib: Nuri Paşa cavan Əliyə Quran və Türk bayrağı bağışlayır və gözəl sözlər deyir. Məlum olduğu kimi, Nuri Paşa o dövrdə Azərbaycanın xilaskarı kimi sevilib, indi də yaddaşlarımızdadır. Səhnəcik obrazların “ Yaşasın Türkiyə- Azərbaycan birliyi” sözləri ilə bitir. Və III hissə… Yenə arxada xronika verilərək aparıcılar çıxış etdilər: ulu öndərimiz Heydər Əliyevdən bəhs olundu, onun soyqırım barədə dedikləri tamaşaçılara çatdırıldı.
Sona yaxın soyqırım haqqında səhnəcik verilir; kəlağayılı qızlar və qara geyimli oğlanlar səhnədə gəzişərək şeir deyir və burada Konservatoriyanın tələbəsi Anar Məmmədov “ Zəmin Xarə” oxuyur. VI sinif şagirdi səhnədə hər iştirakçıya yaxınlaşaraq, soyqırımın nə olduğunu sual edir və hər kəs bu barədə seir deyərək soyqırımın mənasını açır. Yenə xanəndə oxuyur və iştirakçılar şeir deyir. Qara geyimli qız “Amin” mahnısını oxuyur və səhnəciyin axırında bütün qəhrəmanlar birlikdə “And içirəm” şeirini deyir.
Finalda Tünzalə Ağayevanın vətənpərvərlik ruhunda mahnı-klipi səsləndirildi.