“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı 2013
“Muğam aləmi” Beynəlxalq Festivalı qədim və zəngin muğam sənətinin, peşəkar muğam ənənələrinin bəşər mədəniyyəti və incəsənətinin ayrılmaz və qiymətli bir hissəsi olduğunu bütün dünyaya layiqli şəkildə bəyan edir.
Bildiyimiz kimi, Azərbaycanda martın 9-dən-17-nə qədər “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Beynəlxalq Muğam Festivalları artıq gözəl bir mədəniyyət ənənəsinə cevrilmişdir,həm də bu festivallar artıq beynəlxalq aləmdə möhtəşəm muğam bayramı kimi nüfuz qazanıblar.
Beynəlxalq Muğam Festivalı müxtəlif ölkələrin muğam ifaçılarını, Şərqin müxtəlif ənənəvi musiqi janrlarını, professional sənətkarlarını və dünyanın görkəmli muğam tədqiqatçılarını Bakıda bir araya gətirmişdir. Bu festival müxtəlif Şərq musiqi mədəniyyətləri arasında daha bir maraqlı dialoqdur, mədəniyyətlər arasında daha bir mühüm əməkdaşlıqdır.
“Muğam aləmi” Azərbaycanın bütün dünyanın muğam mərkəzi olduğunu bir daha sübut edir.Bu Beynəlxalq muğam festivalları bir daha Azərbaycanı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu tarixi-mədəni məkan kimi dünyaya tanıdır.Və bütün bunlara görə, Beynəlxalq Muğam Festivalının, o cümlədən Beynəlxalq Muğam Müsabiqəsi layihəsinin ideya müəllifi və təşkilatçısı Heydər Əliyev Fonduna, şəxsən Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevaya bütün festival, eləcə də bütün müsabiqə iştirakçıları adından belə gözəl sənət bayramına görə təşəkkürümüzü bildiririk.Müsabiqənin bütün dünya azərbaycanlıları tərəfindən, eləcə də, Şərq, Qərb və Asiya ölkələrinini peşəkar ifaçıları, muağmsevərləri tərəfindən maraqla dinlənildiyini nəzərə alsaq, onun iştirakşılar üçün nə qədər məsuliyyətli, çətin, həm də şərəfli sənət yarışması olduğu bir daha öz təsdiqini tapar.Məlumat üçün onu da nəzərinizə çatdırırıq ki, III Beynəlxalq Muğam Müsabiqəsi ilk dəfə olaraq iki nominasiyada – vokal və instrumntal ifaçılıq üzrə keşirilib. Bu dəfə müsabiqəyə Azərbaycandan, Türkiyədən, İrandan, İordaniyadan, Hindistandan, Belçikadan, Mərakeşdən, Tacikistandan, Çindən, Türkmənistandan istedadlı musiqiçilər qatılmışlar.
III Beynəlxalq Muğam Müsabiqəsində seçim beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflər heyəti dünyada kifayət qədər, yetərincə tanınan məşhur muğam mütəxəssislərindən, alimlərdən, təcrübəli və professional muğam müəllimlərindən, təcrübəli ustad muğam ifaçılarından ibarət olub.
Münsiflər Heyətinin sədri, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasınını rektoru, professor Siyavuş Kərimi – Azərbaycan
SOLO MUĞAM İFAÇILIĞI MÜSABİQƏSİNİN MÜNSİFLƏR HEYƏTİ:
Arif Babayev – Azərbaycan
Ağaxan Abdullayev – Azərbaycan
Jan Durinq – Fransa
Mahmud Hettat- Tunis
Abdulvali Abduraşitov – Tacikistan
İNSTRUMENTAL MUĞAM İFAÇILIĞI MÜSABİQƏSİNİN MÜNSİFLƏR HEYƏTİ:
Nazim Kazımov – Azərbaycan
Ağasəlim Abdullayev – Azərbaycan
Ahmed Misirli – Türkiyə
Habib Yammine – Misir
Cerri Verbok – Amerika Birləşmiş Ştatlar