08 aprel 2026-cı il tarixində Bakı Slavyan Universitetində keçirilən
I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar konfransında ali təhsil müəssisələrinin rektorları, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə iştirak edib.
Konfransda çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru qeyd edib ki, tədbirin mövzusu müasir dövrdə dünyada baş verən qlobal hadisələr və mühüm geosiyasi proseslər fonunda xüsusi aktuallıq kəsb edir. O, çıxışında konfransın mövzusunun müasir beynəlxalq reallıqlarla sıx bağlı olduğunu vurğulayıb.
Konfransın bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Miras” qədim musiqi alətləri ansamblı çıxış edib.
Ansamblın bədii rəhbəri, bəstəkar, Dirijorluq kafedrasının müdiri Pikə Axundova, qədim musiqi alətlərinin bərpası isə “Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-təcrübi laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədova məxsusdur.
Rəsmi hissə, plenar iclas və bədii proqramla davam edən konfrans uğurla başa çatıb.

Возможно, это изображение текст

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение один или несколько человек, помост и текст

Возможно, это изображение гобой, кларнет, скрипка и текст

Возможно, это изображение кларнет и скрипка

Возможно, это изображение скрипка, гобой, флейта, кларнет и текст "IXMITPITTI የ |Türkoloji Qurultayın 100 illiyina hasr olunmuş Beynalxalq Türkoloji Tadqiqatlar Konfransı MSuO Bak IEcyg"