Mayın 1-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Rauf Əliyevin xatirəsinə həsr olunmuş “Həqiqət sorağında” sənədli filminin nümayişi təşkil olunub.

 

Tətdbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, filmin rejissoru Mübariz Nağıyev, bəstəkarın yaxınları və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Rektor Siyavuş Kərimi, tədbirdə giriş sözü söyləyib. Bildirib ki, Rauf Əliyev onun yaxın dostu olub və bu gün bəstəkarın xatirə gecəsinə toplaşmaq onun üçün ağırdır. Rektor bəstəkarla bağlı xatirələrini bölüşüb onun çox yaxşı dost, yaxşı bəstəkar və gözəl insan olduğunu diqqətə çatdırıb.

 

Daha sonra filmin nümayişi baş tutub. Tədbirdə bəstəkarın oğlu, rəssam Müşfiq Əliyev də iştirak edib.

 

Qeyd edək ki, film ARB Aran Film Yaradıcılıq Mərkəzinin istehsalıdır.