Noyabrın 6-da Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfrans AMK Tələbə elmi cəmiyyətinin təşəbbüsü ilə reallaşıb.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə görkəmli bəstəkara həsr edilmiş videoçarx nümayiş olunub. Videoçarxda dahi bəstəkarın həyat və yaradıcılığı, eləcə də keçdiyi ömür yolundan bəhs olunub.
Tədbirdə AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış dərək, bəstəkarın həyat və yaradıcıllığından söhbət açıb. Professor bildirib ki, Qara Qarayev yenilikçi və Azərbaycan milli musiqisinin əsas xüsusiyyətlərini üzə çıxaran bir bəstəkar olub. Qeyd olunub ki, onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir.
Tədbirdə AMK-nın tələbələri məruzə ilə çıxış edib, Qara Qarayev musiqilərini səsləndiriblər.
Sonda rektor Siyavuş Kərimi çıxış edərək konfrans iştirakçılarını təbrik edib.
Geniş konfrans proqramı böyük maraqla qarşılanıb.