28 аprel Müslüm Maqomayev adına Akademik Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Opera və Balet Teatrı, Rəşid Behbutov adına mahnı teatrı, Fidan Hacıyeva Vokal musiqi məktəbinin dəstəyi ilə I Beynəlxalq Opera Festivalı keçirilib.

Festivalda Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Milli avaz”Xor kollektivi iştirak edib.

Bədii rəhbər – Dirijorluq kafedrasının müdiri, dosent Leyla Zalıyevadır. Xormeyster – Aytən Aslanova, Gülay Mahmudova. Köməkçilər – AMK-nın tələbələri: Sevil Ağayeva, Tamam Əliyeva. “Milli avaz” xoru Festivalda uğurlu çıxış edib. Festivalın sonunda “Milli avaz” tələbə xorunun bədii rəhbəri dosent Leyla Zalıyeva və xormeysterlər Aytən Aslanova, Gülay Mahmudova, “Milli avaz” xoru sertifikatlarla təltif olunub. Uğur münasibəti ilə əməyi keçən hər kəsi təbrik edirik. Qeyd etməliyik, ki I Beynəlxalq Opera Festivalı may ayının 3 nə qədər davam edəcəkdir.