Aprelin 13-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Erməni Plagiatına Məruz Qalmış Qərbi Azərbaycan Yallıları” mövzusunda elmi-praktik seminar keçirilib.

 

Seminarda AMK-nın  rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Ü. Haclbəyli adına Bakı Musiqi Akademiyasınn elmi işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli mövzu ilə bağlı videosujetlər və arxif sənədləri nümayiş etdirib, geniş izah verib.

 

Bildirib ki, XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarına köçürülən ermənilərin tarixi torpaqlarımızda məskunlaşması illər ötdükcə daha da genişlənmiş və Azərbaycanın etnik musiqi təbliğatında zəifliyindən istifadə edərək zamanla onları mənimsəməyə başlamışlardır. “Planlı şəkildə həyata keçirilən geniş işlərin nəticəsində Qərbi Azərbaycan yallıları ən çox hücuma məruz qalan etnik musiqi nümunələrimizdəndir” deyə R. Bəhmənli qeyd edib.

 

R. Bəhmənli plagiata məruz qalmış yallı musiqilərini təqdim edərək müqaiysəli formada seminar iştirakçıların diqqətinə çatdırıb.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, məşhur qarmon ifaçısı Əhsən Rəhmanlı , Heybət Babayev (Zərb alətləri) və Ramiş Aşayev (Klarnet) tədbirdə iştirak edərək bəzi yallı rəqslərini canlı olaraq ifa ediblər.